Fight Club fəlsəfəsi

Dərc edildi: Yanvar 22, 2011 / Uncategorized
Etiketlər:, ,

Texminen 2 il evvel Orxan mene bir disk vermishdi. Uzerine baxdim- Fight club. Baxmaga başladım. Sonra başım qarışdı və film yarıda qaldı. Orxana isə baxdım, amma bəyənmədim  dedim. Təxminən 1 həftə əvvəl kəşf elədim ki, sən demə mən öz yalanıma özümdə inanmışammış. Baxmadığım bir filmi israrla pisləmək axmaqlıqdan başqa bir şey deyilmiş. Təcili gedib diski aldim və yenidən baxmağa başladım. 2 ildi danışdığım yalana görə çox utandim.

Fight club  – hər birimizin kinodan daha çox aynaya baxar kimi baxdığımız filmlərdəndi. Bir növ özümüzü görürük orda. Bizdə əşyalarımızın qullarına çevrilmişik.  Bir çoxumuz sevmədiyimiz , bizə maraqsız olan iş yerlərində sırf bizə lazım olmayan eşyaları almaq üçün gecə gündüz işləyirik. Marketinq qurbanları olub getmişik.

Kinonun baş qəhrəmanı Jack, sıradan həyatın maraqsızlığı ucbatından depressiya keçirən sığorta işçisidi. Heç bir xəstəliyi olmadığı halda, yuxusuzluqdan qurtulmaq  və ona maraqsız gələn həyatına rəng qatmaq üçün xərçəng xəstələri üçün təşkil olunan terapi kurslarına yazılır. Orada, Marla Singer adli, durmadan siqaret çəkən qeyri- adi birisi ilə tanış olur. Marla da ən azı Jack qədər depressiv birisidi.

Jack bir iş səyahətindən qayıtdığı  zaman, filmin sonunadək varlığı real olub-olmadığı bəlli olmayan Tyler Durden adli birisi ilə tanış olur.  Tyler, Jackin istəyibdə, ola bilmədiyi bir xarakterə sahibdir. Tylerlə tanışlığı Jacki döyüş klubuna gətirib çıxarır. Döyüş klubu Jackin heyatını 180 dərəcə dəyişir. Bu dəyişikliklərin tək şahidi isə Marla olur.

P.S. Hələ də bu filmə baxmayan birisi varsa aranızda, vaxt itirmədən diski əldə edin və baxın.  Fight cluba təkbaşına baxmağınızı məsləhət görürəm.


Advertisements
şərhlər
  1. Orxan dedi ki:

    Əla, çox gözəl şərh etmisən, çox bəyəndim :))

  2. Fərid dedi ki:

    Fight club’u mən şəxsən öz həyatımızın güzgüsü adlandırardım..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma