Bu nə həyatdı ???

Dərc edildi: Yanvar 30, 2011 / Uncategorized
Etiketlər:, , , ,

– Salam , necesen?

-Belə də.

– Neynirdir ?

– Heeeç , internetdə xəbərləri oxuyuram…

 

– Dünən ki konsertə getmişdin ?

– Yoo , vaxtim yox idi, xaricdə yaşayan bir dostumla skypedə danışmalıydım

– Sabah neynəməyi düşünürsən?

-Təzə sayt tapmışam, yaxşı kinolar var. Ordan kino yükləyib baxacam

 

– Sabahın xeyir , təzə oyanmısan ?

-Bütün gecə internetdə başım oyuna elə  qarışıb kı , vaxtın necə keçdiyini bilməmişəm.  Səhərə yaxın yatmışam.

 

-Heftəsonu  hara getməyi düşünürsən ? 

– Yeqin ki heç yerə… Facebookda, twitterdə, msndə  dostlarımla  danışaraq günümü keçirərəm .

 

P.S. İnternet müasir dövrün narkotikası sayilacaq bu gedişlə 😦

Advertisements

Artıq oxucuların bir çoxu (özüm də daxil olmaqla)  1000 işarəlik blog yazıları və xəbərləri sonuna kimi oxumurlar. Göz gəzdirib, söhbətin nədən getdiyini bildikdən sonra sehifəni bağlayırlar.

Oxucu hövsələsizliyindəndimi , yoxsa zaman çatışmamazliğindandimi bilmirəm, amma uzun yazılar deyesen yavaş yavaş tarixin sehifələrinə qarışmaq üzrədi.  Elə bu səbəbdən olmalıdır kı, artıq  twitter blogçuluğun önünə keçir.  Bizdə hələ ki , twitter bir o qedər də populyar deyil.  Facebook daha maraqlıdı deyib twitteri ignore edirik. Əslində təbliğatın zəif olmasındadı günah. İnsanlara anlatmaq lazımdır ki, twitter facebookla eyni funksiyalari daşımır. Facebook daha çox yeni dostluqlar qurmaq , video və photo paylaşmaq , qruplar yaratmaq , reklam üçün istifadə olunur. Twitter isə daha çox məlumatların, xəbərlərin  paylaşılması üçün nəzərdə tutulub. Cəmi 140 işarədən istifadə etməklə istədiyimiz məlumatı bütün dünya ilə paylaşa bilərik.

Twitter,  insanlara  baş vermiş hər hansı bir hadisəni tv və qəzətlərdən daha öncə insanlara çatdırmaq imkanı verdi. Bu imkandan istifadə etməyə gec qalmayaq!

“AŞK” həryerdə !

Dərc edildi: Yanvar 26, 2011 / Uncategorized
Etiketlər:, , , , ,

Bir neçə ay öncə Elif Şafakın “Aşk” romanını oxudum. Əvvəlcədən deyim ki , kitabı çox bəyəndim. Oxuyarkən bitməsini istəmədiyim kitablar sırasına düşdü…

Kitabda gündəlik həyatımızda yaşadığımız sevgi ilə yanaşı , həm də ilahi sevgidən bəhs olunur. İlahi sevgini dünyavi sevgi ilə tamamlayan mükəmməl əsərdi.   Bostonda yaşayan evdar qadın  Ella ilə , 1200-cü illərdə Konyada yaşayan Mevlananın nə əlaqəsı var demeyin.  Çünki kitabı oxumağa başladığınız zaman kitab içində başqa bir kitabla qarşılaşacaqsınız.

Kitab Bostonda yaşayan bir ailənin yaşadığı məişət problemləri ilə başlayır. Ella ərinin onu aldatdığını bilə bilə , 3 uşağınını düşünərək ailəsini ayaqda tutmağa çalışan evdar qadındı. Yaşadıqları çətin və problemli günləri unutması üçün əri onu yayınevlərindən birisinə işə düzəldir. Yayınevindəki ilk işi tanınmamış bir yazarın ilk romanı “Aşk şariatı”  oxuyub, roman haqqında rəy hazırlamaq olur.

Ailə problemləri yaşayan və ərinə qarşı olan nifrəti üzündən sevgiyə inanmayan Ellanın həyatı bundan sonra təmami ilə dəyişir. “Aşk şariatı” Ellanın sevgi haqqında olan bütün fikirlerini deyişir. Kitabı oxuduqca Ella yazarın necə biri olması ilə maraqlanır. Özünü saxlaya bilməyib tanışmaq üçün Aziz Zaharaya mail atır.  Maillə başlayan tanışlıq daha sonra sevgiyə çevrilir. Ella həyatında ilk dəfə birisini sevdiyini anlayır.

Bir də kitabda Mevlana ile Şemsin dostluğundan behs olunur.  İlahi sevgi mövzusu o qədər gözəl işlənibki… Kitab 5 hissəyə ayrılıb : Atəş, Hava, Torpaq, Su və Boşluq. Son hissəni yazar belə açıqlayir : ” Hayatta varlıklarıyla değil, yokluklarıyla bizi etkileyen şey”

Kitabda Elif Şafak Şəmsin dili ilə oxucuya bir birindən maraqlı “40 kural” çatdırır.  Onlar arasında bəyəndiklərimi məndə seçib burda paylaşmaq istədim.

1. Kural: Yaradanı hangi kelimelerle tanımladığımız, kendimizi nasıl gördüğümüze ayna tutar. Şayet Tanrı dendi mi öncelikle korkulacak, utanılacak bir varlık geliyorsa aklına, demek ki sende korku ve utanç içindesin çoğunlukla. Yok eğer Tanrı dendi mi evvele aşk, merhamet ve şefkat anlıyorsan, sende de bu vasıflardan bolca mevcut demektir.

5. Kural: Aklın kimyası ile aşkın kimyası başkadır. Akıl temkinlidir. Korka korka atar adımlarını. ‘Aman sakın kendini’ diye tembihler. Halbuki aşk öyle mi? Onun tek dediği: ‘bırak kendini, ko gitsin!’ Akıl kolay kolay yıkılmaz. Aşk ise kendini yıpratır, harap düşer. Halbuki hazineler ve defineler yıkıntılar arasında olur. Ne varsa harap bir kalpte var!

11. Kural: Ebe bilir ki sancı çekilmeden doğum olmaz, ana rahminden bebeğe yol açılmaz. Senden yepyeni ve taptaze bir “Sen” zuhur edebilmesi için zorluklara, sancılara hazır olman gerekir.

12. Kural: Aşk bir seferdir. Bu sefere çıkan her yolcu, istese de istemese de tepeden tırnağa değişir. Bu yollara dalıp da değişmeyen yoktur.

13. Kural: Şu dünyada semadaki yıldızlardan daha fazla sayıda sahte hoca şeyh şıh var. Hakiki mürşit seni kendi içine bakmaya ve nefsini aşıp kendindeki güzellikleri bir bir keşfetmeye yönlendirir. Tutup da ona hayran olmaya değil.

14. Kural: Hakk’ın karşısına çıkardığı değişimlere direnmek yerine, teslim ol. Bırak hayat sana rağmen değil seninle beraber aksın.” Düzenim bozulur, hayatımın altı üstüne gelir “diye endişe etme. Nereden biliyorsun hayatın altının üstünden daha iyi olmayacağını?

20. Kural: Yolun ucunun nereye varacağını düşünmek beyhude bir çabadan ibarettir. Sen sadece atacağın ilk adımı düşünmekle yükümlüsün. Gerisi zaten kendiliğinden gelir.

27. Kural: Şu dünya bir dağ gibidir, ona nasıl seslenirsen o da sana sesleri öyle aksettirir. Ağzından hayırlı bir laf çıkarsa, hayırlı bir laf yankılanır. Şer çıkarsa, sana gerisin geri şer yankılanır. Öyleyse kim ki senin hakkında kötü konuşur, sen o insan hakkında kırk gün kırk gece sadece güzel sözler et. Kırk günün sonunda göreceksin her şey değişmiş olacak. Senin gönlün değişirse, dünya değişir.
28. Kural: Geçmiş zihinlerimiz kaplayan bir sis bulutundan ibaret. Gelecek ise başlı başına bir hayal perdesi. Ne geleceğimizi bilebilir, ne geçmişimizi değiştirebiliriz. Sufi daima şu an’ın hakikatini yaşar.

29. Kural: Kader, hayatımızın önceden çizilmiş olması demek değildir. Bu sebepten” ne yapalım kaderimiz böyle “ deyip boyun bükmek cehalet göstergesidir. Kader yolun tamamı değil sadece yol ayırımlarını verir. Güzergah bellidir ama dönemeç ve sapaklar yolcuya aittir. Öyleyse ne hayatın hakimisin, ne de hayat karşısında çaresizsin.

38. Kural: ’Yaşadığım hayatı değiştirmeye, kendimi dönüştürmeye hazır mıyım?’ diye sormak için hiçbir zaman geç değil. Kaç yaşında olursak olalım, başımızdan ne geçmiş olursa olsun, tamamen yenilenmek mümkün. Tek bir gün bile tıpatıp aynıysa yazık. Her an her nefeste yenilenmeli. Yepyeni bir yaşama doğmak için ölmeden önce ölmeli.

39. Kural: Noktalar sürekli değişse de bütün aynıdır. Bu dünyadan giden bir hırsız için bir hırsız daha doğar. Ölen her dürüst insanın yerini bir dürüst insan alır. Hem bütün hiçbir zaman bozulmaz, her şey yerli yerinde kalır, merkezinde… Hem de bir günden bir güne hiçbir şey aynı olmaz. Ölen her Sufi için Yeni bir Sufi daha doğar.

40. Kural: Aşksız geçen bir ömür beyhude yaşanmıştır. Acaba ilahi aşk peşinde mi koşmalı, mecazi mi, yoksa dünyevi, semavi ya da cismani diye sorma! Ayrımlar ayrımları doğurur. AŞK’ın ise hiçbir sıfat ve tamlamaya ihtiyacı yoktur. Başlı başına bir dünyadır aşk. Ya tam ortasındasındır, merkezinde, ya da dışındasındır, hasretinde.

 

Fight Club fəlsəfəsi

Dərc edildi: Yanvar 22, 2011 / Uncategorized
Etiketlər:, ,

Texminen 2 il evvel Orxan mene bir disk vermishdi. Uzerine baxdim- Fight club. Baxmaga başladım. Sonra başım qarışdı və film yarıda qaldı. Orxana isə baxdım, amma bəyənmədim  dedim. Təxminən 1 həftə əvvəl kəşf elədim ki, sən demə mən öz yalanıma özümdə inanmışammış. Baxmadığım bir filmi israrla pisləmək axmaqlıqdan başqa bir şey deyilmiş. Təcili gedib diski aldim və yenidən baxmağa başladım. 2 ildi danışdığım yalana görə çox utandim.

Fight club  – hər birimizin kinodan daha çox aynaya baxar kimi baxdığımız filmlərdəndi. Bir növ özümüzü görürük orda. Bizdə əşyalarımızın qullarına çevrilmişik.  Bir çoxumuz sevmədiyimiz , bizə maraqsız olan iş yerlərində sırf bizə lazım olmayan eşyaları almaq üçün gecə gündüz işləyirik. Marketinq qurbanları olub getmişik.

Kinonun baş qəhrəmanı Jack, sıradan həyatın maraqsızlığı ucbatından depressiya keçirən sığorta işçisidi. Heç bir xəstəliyi olmadığı halda, yuxusuzluqdan qurtulmaq  və ona maraqsız gələn həyatına rəng qatmaq üçün xərçəng xəstələri üçün təşkil olunan terapi kurslarına yazılır. Orada, Marla Singer adli, durmadan siqaret çəkən qeyri- adi birisi ilə tanış olur. Marla da ən azı Jack qədər depressiv birisidi.

Jack bir iş səyahətindən qayıtdığı  zaman, filmin sonunadək varlığı real olub-olmadığı bəlli olmayan Tyler Durden adli birisi ilə tanış olur.  Tyler, Jackin istəyibdə, ola bilmədiyi bir xarakterə sahibdir. Tylerlə tanışlığı Jacki döyüş klubuna gətirib çıxarır. Döyüş klubu Jackin heyatını 180 dərəcə dəyişir. Bu dəyişikliklərin tək şahidi isə Marla olur.

P.S. Hələ də bu filmə baxmayan birisi varsa aranızda, vaxt itirmədən diski əldə edin və baxın.  Fight cluba təkbaşına baxmağınızı məsləhət görürəm.


Baxışlardakı üsyan

Dərc edildi: Oktyabr 9, 2010 / Uncategorized
Etiketlər:, ,

Məni yaxından tanıyanlar çox gözəl bilirlər, mənim kompüterimdə lazımsız bir ton şəkil, video, yazı, mahnı,virus  olur. Bugün qərara gəldim ki , kompu lazımsız fayllardan təmizləyim. Təsadüfən qarşıma bu şəkil çıxdı.

Steve McCurry bu fotonu 1983  -cü ildə çəkib.  Qızın baxışları insanı dondurur sankı. Hardasa 10  dəqiqə gözümü çəkmədən baxmışam o gözlərə.  Necə böyük üsyan var o baxışlarda.  Əminəm ki, bu 12 yaşlı balaca qızın anladacağı çox ağrılı hekayəsi vardı. Baxışlarında üsyan,qorxu, nifrət, ümid nə desən var. Söz haqqı əlindən alənmış bu balaca qızcığaz , hər kəsin acığına  sankı gözləri ilə danışır. Gözlərinin içində müharibə ilə başlayıb,ölümlə bitən yüzlərlə ifadə var sankı.

Düz 17il sonra yenidən Steve McCurry  bu qizla qarşılaşır. Yenidən onu çəkir.

Bu da 30 yaşlı Gula. Eyni baxış, eyni çarəsizlik, eyni ağrılar. Deyişən bir şey var. Uşaq vaxtı o baxışların arasında ümid də var idi. 30yaşinda isə o ümid artiq yoxdu. Çox boş baxır. Yorğun baxır.

My Hero: Hachiko

Dərc edildi: Oktyabr 8, 2010 / Uncategorized
Etiketlər:,

Özümü bloggerlərin üz qarası hesab edirəm. Guya blogum var da mənimdə. Ayda ildə bir yazı yazsam böyük iş sayılar.  Bugündən özümə söz verməşəm heç olmasa həftədə 1yazı yazacam 🙂

2gün əvvəl Hachiko: A dog’s story deyə bir filmə baxdım.  Öz itimi xatırladım.

 

İtləri çox sevirəm. Uşaq vaxtı kənddə bir itim var idi. Adı Morda idi. Böyük, sarı bir it idi. Sonra kəndimizə soğan əkməyə gələn korealılar o iti oğurlayıb, etini yemişdilər. Çooox ağlamışdım. Onun əvəzinə baba mənə yeni bir it aldı. Balaca, qapqara bir it idi. Adını Qarabaş qoyduq. O uzun yaşadı. Sözün açığı bu qarabaşı heç vaxt sevenmədim. Səbəbini indi də bilmirəm axı niyə sevənmədim o yaziq iti men. Neynəmişdi axı mənə ?

Sonra Bakıya köçdüm ailəmin yanına. Burda da yeni itim oldu. Maliş. 5il yaşadı. Sonra xəstələndi və öldü 😦 O öləndə evdə hamı çox ağlamışdı. Hətda onu heç sevməyən anamda aglayırdı.  Ölümündən 5il keçib , amma indiyədək hələdə evdə o varmış kimi hamimiz ondan danışırıq. Maliş olsa sumukləri ona verərdik, Maliş olsa agaclari qopardardı , Maliş olsa gizli evə girib mamanı əsəbləşdirərdi və s… Men indiyə kimi harda it görsəm adına Maliş deyirəm. Egər it saxlayanınız varsa onda sizdə bilərsiniz, itiniz öldükdən sonra bir başqa itin saxlanması çox çətin olur. Hətdə mümkünsüz olur.

Hachikoya gəlincə olmuş hadisədi. Əslində belə hadisələr dünyada çox baş verir. İtlər çox vəfalıdılar. Yüz dəfə insanlardan yaxşidilar.  Kino haqqında yazmayacam. Baxmağınızı tövsiyyə edirəm. Bu, haqqinda yazilacaq bir film deyil. O hissləri yazı ilə ifadə etmək mümkün deyil. Kinoya baxıbda ağlamayan adam təsəvvür belə edmirəm. Mən təxminən 1 saat ağlamışam. Bilmirəm niye, ancaq kino bitən kimi ilk işim qaçıb anamı qucaqlamaq olmuşdu.

 

P.S. Kinoda çox sevdiyim bir hissə var. Deməli professor Haçikoya top oyununu öyrətməyə çalışır. Nə edirsə Hachi topu gedib gətirmir. Bu haqda yapon tanışı ilə danışır . Səbəbini öyrənməyə çalışır. Onda adini unutduğum yapon tanışı bele bir cümlə işlədir: O amerikan iti deyilç o bir yapon itidi. onu heç nə ilə ala bilməzsən. Özü istəməsə, önəmli səbəbi olmasa o heç vaxt sənə o topu getirməz. Haqlı idi. Hachi o topu cemi ibr dəfə gətirdi. professorun öldüyü gün. O işə getməsin deyə top oynamağa belə razı olmuşdu.

 

 

 

 

Bəzən uşaqlar özlərindən böyük işlərə imza atırlar. Severn Suzuki də 12 yaşlı olmasına baxmayaraq, 1992-ci ildə 6 dəqiqəliyinə belə  olsa hər kəsi susdurub öz sözünü deməyi bacarmışdi.  Amma nə fayda ? Bu qızcığazda bacara bilmədi. Mənəviyyatlarını maddiyyata satmış insanlar onun üsyanını görməzdən gəldilər

İngilis dilini yaxşı anlamayanlar üçün Severn Suzukinin dediklerini qısada olsa tərcümə etməyə çalışacam :

Salam, mən Severn Suzuki ECO adına danışacam. Biz Kanadadan gəlmiş – Vanessa Suttie, Morgan Geisler, Michelle Quig ve mən fərq yaratmağa çalışırıq. Bura, siz yetişkin insanlara idarəetmə yöntəmlərinizi deyişməli olduğunuzu deməyə gəlmişik.

Heç bir gizli məqsədimiz yoxdur. Biz sadəcə öz gələcəyimiz üçün mücadilə edirik. Mənim öz gələcəyimi uduzmam, bir seçim uduzmaq kimi bir şey deyil. Mən burda bütün gələcək nəsillərin adından danışıram.

Mən burada dünyanın 4 bir tərəfində aclıqdan ölən uşaqlar adına danışıram. Mən dünyada hər gün ölərək, nəslı tükənməkdə olan heyvanlar adına danışıram.

Mən artıq gün işığına çıxmağa qorxuram, çünki ozon qatında dəliklər var. Nəfəs alarkən belə qorxuram, daxilimə hansı kimyavi maddələrin getdiyini bilmirəm. Əvvəllər, babamla balıq tutmağa gedərdik. Bir neçə il əvvəl xərçəng xəstəliyinə tutulmuş bir balıq tapdıq.

Mənim yaşımda olarkən sizlər belə şeyləri dərd edirdinizmi ? Bütün bunlar bizim gözümüzün qarşısında baş verir, bizlərsə sankı əlimizdə bütün problemlərin həlli var və zamanı gəlincə həll edəcəyimizi sanırıq. Mən sadəcə balaca bir uşağam və problemlərin həlli yolunu bilmirəm. Ancaq sizlərin nəzərinə çatdırım kı, heç sizlər də problemləri həll etmə yollarını bilmirsiniz.

– Ozon qatindakı dəlikləri necə bərpa edəcəyinizi bilmirsiniz

– Nəslini kəsdiyiniz heyvanları necə yenidən yaradacağınızı bilmirsiniz

– Bir zamanlar meşə olmuş eraziləri necə yeidən yaradacağınızı bilmirsiniz

Əgər həlli yollarını bilmirsinizsı, heç olmasa mehv etməyi dayandırın!

Burda ölkənizi təmsil edən biri ola bilərsiniz, jurnalist, fotoqraf, iş adamı, siyasətçi ola bilərsiniz amma unutmayin hamınız anasınız, atasınız, xalasınız, dayısınız və birilərinin övladısınız.

Mənim uşaq olmama baxmayaraq mən anlayiram kı , hamımız eynı kürənin içindəyik, eyni suyu içirik, eyni oksigenlə nəfəs alırıq. Bununçündə hamımız tək bir dünya üçüm eyni məqsadə qulluq etməliyik.

Qorxu içində olsam belə dünyaya nələr hiss etdiyimi deməkdən qorxmuram.

Mənim yaşadığım ölkədə israfçılıq baş alıb gedir. Ehtiyacımızdan daha artiq alırıq. Sonra isə atırıq. Bu zaman isə dünyada insanlar acından ölür. Bizlər paylaşmaqdan qorxuruq!

İki gün əvvəl Braziliyalı küçə uşaqları ilə günümüzü keçirdik. Bilirsiniz onlar nə deyirdilər bizə? Əgər çoxlu pulları olsa, bütün küçədəki ac uşaqlara yemək, geyecək,dərman alacaqlarmış.

Küçədə yaşayan, heç nəyi olmayan insanlar paylaşmağa bu qədər hazırlarkən , hərşeyi olan bizlər nə üçün belə acgözük?

İnsanların hansı ölkədə dünyaya gəlmələrindən çox şey asılı imiş. Amma unutmayaq bizdə Somalidə ac usaqlardan biri ola bilərdik, Orta Asiyada müharibə şeraitində yaşayan biri ola bilərdik və ya Hinistanda bir dilənçi ola bilərdik.

Mən usağ ağlımla belə anlayıram , müharibələrə xərclənən pulları kasıblığı, aclığın, ekoloji problemlərin həllinə sərf etsələriydi dünya necə mükəmməl bir yer olardı.

Məktəbdə bizlərə – başqaları ilə dalaşmayın, hər kəsə hörmət edin, dağıtdıqlarıızı yığın, digər canlılara zərər verməyin , paylaşın -ac göz olmayın kimi şeyləri öyrətdiyiniz halda bəs nə üçün özünüz bunlara əməl etmirsiniz?

Babam hər zaman ” Sən etdiklərinsən, dediklərin yox” deyir. İndi sizlərin etdikləri hər gecə məni ağladır.

Sizlər bizi sevdiyinizi deyirsiniz. Sizə üsyan edirəm, etdiyiniz əməllər dedikləriniz olsun!

P.S. Tərcümədə olacaq qusurlara görə öncədən üzr istəyirəm. Mən bacardığımı etməyə çalışdım